Əlimurad Hacızadə: "Gümüş medal qazanaraq Azərbaycanın medal sayına öz töhfəmi verdim"
05 oktyabr 2025 - 20:10 443
"Azərbaycanda keçirilən III MDB Oyunlarına mütəmadi olaraq hazırlıqlar keçirdik. Gərgin məşqlər sayəsində bu gün keçirilən yarışda mükafatçılar sırasında yer aldım".
Bu sözləri müsahibəsində III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında gümüş medal qazanan Əlimurad Hacızadə deyib.
2009-2010-cu illər təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsində yer alan idmançımız özündən həmişə ən yüksək nəticəni gözlədiyini və ən yaxşı olmağa çalışdığını bildirib.
"Hədəfim qızıl medal qazanmaq idi. Amma bu, idmandır. Əsas odur ki, ölkəmizdə keçirilən yarışlarda gümüş medal qazanaraq, Azərbaycanın medal sayına öz töhfəmi verdim. Sabah kayak qayığında min metr məsafəyə yarışlarda mübarizə aparacağam. İnanıram ki, həmin yarışda da uğurla çıxış edərək, yenidən avarçəkmə həvəskarlarını sevindirəcəyəm", - deyə Əlimurad Hacızadə bildirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı