Əlimurad Hacızadə: "Tarixi torpaqlarımızda keçirilən beynəlxalq yarışda medal qazanmaq qürurverici hissdir"
30 aprel 2025 801
"Havanın küləkli olması idmançıların da çıxışına mene olurdu".
Bu sözləri Suqovuşanda keçirilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bürünc medal qazanan idmançımız Əlimurad Hacızadə yarışdan sonra jurnalistlərə müsahibəsində çıxışını dəyərləndirərkən deyib.
2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medala sahib çıxan idmançı qeyd edib ki, çətin olmasına baxmayaraq, maksimum nəticə göstərərək mükafatçılar sırasında yer alıb.
"Özümüzü yarışda qalib ölkənin qalib idmançıları kimi hiss edirdik. Həqiqətən də tarixi torpaqlarımızda keçirilən beynəlxalq yarışda medal qazanmaq qürurverici hissdir. Hər şey yüksək səviyyədə idi. İnanıram ki, gələcək yarışlarda daha yüksək nailiyyətlər qazancağam", - deyə Əlimurad Hacızadə deyib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı