Elnur İsmayılov: "Gülşənin uğuru zəhmətin nəticəsidir"
22 iyul 2025 - 23:41 276
Elnur İsmayılov: "Gülşənin uğuru zəhmətin nəticəsidir"
“Güləşin bu uğuru uzunmüddətli məşqlərin və səmərəli hazırlığın nəticəsidir”.
Bu sözləri cüdo üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın baş məşqçisi Elnur İsmayılov deyib.
O qeyd edib ki, uzunmüddətli gərgin hazırlıqlardan sonra Gülşən Hüseynova həm Avropa çempionatının bürünc mükafatçısı, həm də Skoye-2025-in qalibi oldu.
“Bu yarışa uzun müddətdir ki, həm fiziki, həm taktiki, həm də psixoloji olaraq hazırlaşırdıq. Hər bir idmançını ayrı ayrılıqda təhlil edirdik. O, nizam, intizamlı idmançıdır. Verilən tapşırıqları yerinə yetirir, haqlı iradları, tənqidləri qəbul edir.
O, bu yarışda hər bir idmançıya düzgün yanaşaraq qalib gəldi. Gülşənin uğuru zəhmətin nəticəsidir. Bu uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm və Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, Skopye-2025-çərçivəsində keçirilən cüdo yarışlarının ilk günündə cüdoçularımız üç qızıl medala sahib çıxıblar.
Medalları komandamıza Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
