Əmrah Nağıyev Avropa çempionatında Azərbaycanı təmsil edəcək
08 iyun 2025 682
İyunun 5-dən 7-dək Azərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi Əmrah Nağıyev uğurlu çıxışı ilə seçilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, 3 000 metr məsafəyə maneəli qaçış və 5 000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb.
Göstərdiyi yüksək nəticələr sayəsində Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.
Qeyd edək ki, Ə.Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla bu uğura imza atan ilk naxçıvanlı atlet olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı