Ər-Riyad-2025: Ağırlıqqaldıranımız 1 gümüş və 2 bürünc medal qazanıb
09 noyabr 2025 - 20:27 535
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışında növbəti medallarını qazanıb.
Olympic.az xəbər verir ki, komandamızın həyətində yer alan İsa Rüstəmov (71 kq) bir gümüş və 2 bürünc medala sahib olub. Birdən qaldırma hərəkətində 147 kq ağırlığın öhdəsindən gələn idmançımız bürünc medal qazanıb. Təmsilçimiz təkanla qaldırmada 177 kq çəkini ram edərək gümüş medala yiyələnib. İsa Rüstəmov ümumilikdə 224 kq nəticə ilə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı
