Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar
11 noyabr 2025 - 19:53 653
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına da start verilib.
Olympic.az xəbər verir ki, Azərbaycanın iki muaytayçısı Oyunlara uğurla başlayıb. Belə ki, mübarizəyə 1/8 finaldan başlayan Xəyal Əliyev və Səlahəddin Qocazadə ilk görüşü qələbə ilə başa vuraraq adını növbəti mərhələyə yazdırıb.
Təmsilçilərimizdən X.Əliyev 60-65 kq çəki dərəcəsində misirli Hüsnü Fəhmi Sayedi nokautla məğlub edib. 65-70 kq çəki dərəcəsində qüvvəsini sınayan S.Qocazadə isə yəmənli Aiham Ahmed Abdo Alavadini birinci raundda texniki nakautla üstələyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

