Ər-Riyad-2025: Taekvondo yarışlarına start verilib
15 noyabr 2025 - 16:49 680
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
Olympic.az xəbər verir ki, Azərbaycan taekvondoçuları VI İslam Həmrəyliyi Oyunlarında çıxış ediblər.
Belə ki, taekvondoçumuz Minayə Əkbərova (46 kq) yarımfinalda rəqibi mərakeşli Farah Touzaniyə qalib gələrək finala vəsiqə qazanıb.
Komandamızın digər üzvü Cavad Ağayev (74 kq) isə bürünc medal uğrunda döyüşə çıxacaq.
Qeyd edək ki, taekvondoçularımız Bəhruz Quluzadə (54 kq) və Məryəm Məmmədova (57 kq) Oyunları medalsız başa vurublar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

