EYOF-2025: Cüdoçumuz bürünc medal qazandı
24 iyul 2025 - 17:26 622
Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında bürünc medal qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda gürcüstanlı Valisi Qamezardaşviliyə məğlub olub.
Məhəmməd Ağakişiyev bürünc medal uğrunda həlledici görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Aleksandr Aleinikova qalib gələrək bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycan komandasının Skopye-2025-də qazandığı medalların sayı 7-yə (3 qızıl, 2 gümüş, 2 bürünc) çatıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı