Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının prezidenti ilə görüşüb
25 aprel 2025 590
Gənclər və idman naziri Fərid Qayıbov bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.
Nazirliyin mətbuat xidmətinə istinadən, görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub.
Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı