Fərid Qayıbov Dünya Antidopinq Konfransında iştirak edib
03 dekabr 2025 - 10:52 434
Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində Dünya Antidopinq Konfransında (“World Anti-Doping Conference 2025”) iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir antidopinq siyasətinin qlobal problemlərinə toxunub, həmçinin Azərbaycanın antidopinq sahəsində həyata keçirdiyi tədbirlər, beynəlxalq əməkdaşlıq fəaliyyəti və gələcək prioritetlər barədə məlumat verib.
F. Qayıbov ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi (“sport lifestyle”) və digər uğurlu layihələr haqqında da danışıb.
Səfər çərçivəsində Fərid Qayıbov Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə müxtəlif görüşlər keçirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
