Fərid Qayıbov: "Federasiyalardan olimpiadada hansı sayda idmançı ilə iştirak edə biləcəkləri ilə bağlı ilkin say almışıq"
29 dekabr 2025 - 13:05 366
Gənclər və İdman Nazirliyinin 2028-ci ildə ABŞ-da keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı planları və məqsədləri var.
Nazir bu barədə jurnalistlərə müsahibəsində deyib.
O, olimpiadaya hazırlıqların davam etdiyini söyləyib:
"Planlarımız və məqsədlərimiz var. Hər federasiyanın öz məqsədi mövcuddur. Artıq Yay Olimpiya Oyunlarına hazırlaşmağa başlayırıq. Bu, normaldır. Belə də olmalıdır. Federasiyalardan olimpiadada hansı sayda idmançı ilə iştirak edə biləcəkləri ilə bağlı ilkin say almışıq. Bunun üzərində işləyirik. Növbəti iclaslarda yenə müzakirə edəcəyik. Plan üzrə çalışırıq. Hər zaman 100 faiz olmur. Amma maksimal və real hədəf də var. Yeni ulduz idmançılar görmək istəyirik. Olacaq. Bu ay boks üzrə dünya çempionumuz oldu. Sübhan Mamedovun cəmi 19 yaşı var. Azərbaycan boks məktəbinin yetirməsi son olaraq 10 il əvvəl dünya çempionu olub. İnanıram ki, Sübhan olimpiadaya vəsiqə qazanacaq və orada da uğurlu çıxış edəcək. Təkcə bu boksçumuz yox, digər idmançılarımızdan da yaxşı nəticələr gözləyirik".
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı