Fərid Qayıbov: "Sağlam məhəllə" layihəsi uşaqların idmana həvəs göstərməsində faydalıdır
29 sentyabr 2023 719

Gənclər və İdman Nazirliyi tərəfindən "Sağlam məhəllə" layihəsinin növbəti açılışında iştirak etmək sevindiricidir. Çünki uşaqlar və yeniyetmələr bu meydançaya xüsusi maraq göstərirlər.
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Xocəsəndə "Sağlam məhəllə"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu layihə uşaqların idmana həvəs göstərməsində faydalıdır: "Burada bir meydança mövcud idi, ancaq tamamilə yararsız halda idi. Ancaq indi uşaqdan-böyüyə hər kəs burada idmanla məşğul ola biləcək. Layihəmiz davam edir. Növbəti dəfə Azərbaycanın müxtəlif şəhərlərində yeni "Sağlam məhəllə" əraziləri istifadəyə veriləcək. Gələn həftə isə yeni meydançanın açılışında olacağıq".
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı