Xəbərlər

Fəridə Əzizova: "22 medalın qazanılması uğurlu nəticədir"

30 sentyabr 2025 - 22:25 14

"Ev sahibi kimi həm məşqçilər heyətinin, həm idmançıların, həm də federasiyasının üzərində böyük həyəcan və məsuliyyət hissi var idi. Lakin düşünürəm ki, çox gözəl nəticə əldə etdik". 

 

Bu sözləri müsahibəsində takevondo üzrə gənclərdən ibarət milli komandanın məşqçisi Fəridə Əzizova deyib. 

 

O, 28 taekvondoçumuzdan 22-sinin medal qazanmasını uğurlu nəticə kimi dəyərləndirib. 

 

"Məşqçi hər zaman idmançısının çempion olmasını istəyir. Bu Oyunlarda Elcan Əliyev, Fuad Məhərrəmli, Səmərrux Osmanova və Zemfira Həsənzadədən də qızıl medal gözləyirdik. Amma bu idmandır, güclü olan qalib gəlir. Həmin gün idmançının özünü necə hiss etməyindən də çox şey asılıdır. Bundan əlavə yarışda güclü rəqabət mühiti var idi. Rusiya, Belarus, Özbəkistan və Qazaxıstanın taekvondo idman növündə güclü idmançıları var. Baxmayaraq ki, az idmançı ilə yarışda təmsil olunurdular, amma hər bir idmançıları güclü idi.

 

Nəticələrə gəlincə isə deyə bilərəm ki, 28 idmançı ilə 22 medalın qazanılması uğurlu nəticədir. İnanıram ki, idmançılarımız qarşıdakı yarışlarda bundan da yaxşı nəticələr əldə edəcəklər", - deyə Fəridə Əzizova bildirib.