Fəridə Əzizova: "Ümid edirəm ki, komandamız festivaldan Vətənə medallarla qayıdacaq"
09 iyul 2025 - 12:32 548
“İlk dəfədir ki, taekvondo idman növü Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil edilib. Bu da 34 illik tarixə malik olan festivalda bir yenilikdir”.
Bu sözləri takevondo üzrə gənclərdən ibarət milli komandanın məşqçisi Fəridə Əzizova Olympic.az saytna müsahibəsində deyib.
O, festivalda iştirak edəcək komandamızdan böyük ümidlər gözlədiyini bildirib.
“Komandamız bu yarışda 5 oğlan, 3 qız olamaqla 8 idmançı ilə təmsil olunacaq. Millimizin heyətində təcrübəli və perspektivli idmançılar yer alıb. İlin əvvəlindən iki yarışda iştirak etmişik. Həmin yarışlar bir növ bu festival üçün hazırlıq xarakteri daşıyıb. Komandamız artıq hazırlığın son mərhələsində iştirak edir. Təbii ki, bu yarışdır, qabaqcadan proqnoz vermək çətindir. Amma idmançılarımız məşqlərdə intensiv şəkildə çalışırlar. Özlərini yaxşı formada hiss edirlər. Heyətdə nəticə verə biləcək idmançılarımız var. Ümid edirəm ki, komandamız festivaldan Vətənə medallarla qayıdacaq”, - deyə Fəridə Əzizova bildirib.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı