Ferstappen yenidən zirvədə
06 aprel 2025 793
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi olan Yaponiya Qran-prisinin qalibi müəyyənləşib.
Suzuka avtodromunda təşkil olunan mötəbər yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib olub.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq, “Maklaren” komandasının pilotları – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri bölüşüblər.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi bu ilin sentyabrın 19-dan 21-dək Bakı şəhər halqasında keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı