FHN-in voleybol komandaları dövlət qurumları arasında keçirilən yarışın qalibi olub
01 sentyabr 2025 - 17:37 535
Avropa Oyunları Parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
Müxtəlif dövlət qurumlarının kişi və qadın komandalarının qüvvələrini sınadığı çempionatda Fövqəladə Hallar Nazirliyinin (FHN) həm kişilər, həm də qadınlardan ibarət çimərlik voleybolu üzrə kollektivləri çempion olub.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı