FIA 2025-ci il Formula 1 dünya çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
10 mart 2025 514
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2025-ci il Formula 1 dünya çempionatı üçün media nümayəndələrinin akkreditasiyası təlimatını təqdim edib.
Bakı Şəhər Halqasından verilən məlumata görə, bu təlimat yarışlara qeydiyyat, tələb olunan sənədləri və ümumi meyarları əhatə edir. Akkreditasiya yalnız müəyyən keyfiyyət və tiraj tələblərinə cavab verən media orqanları, əsasən motosport və idman jurnalistləri, fotoqraflar və redaktorlar üçün nəzərdə tutulub.
2025-ci il Formula 1 dünya çempionatında media nümayəndələrinin akkreditasiya prosesində diqqət yetirilən əsas amillər arasında media orqanlarının peşəkarlığı, təcrübəsi və əvvəlki yarışlarda göstərdikləri fəaliyyət yer alır. Bu meyarlar media nümayəndələrinin akkreditasiyadan keçməsində mühüm rol oynayacaq.
Akkreditasiya prosesi yalnız FIA-nın və Formula One Management (FOM) şirkəti tərəfindən qərarı ilə həyata keçirilir və istənilən vaxt xəbərdarlıq edilmədən ləğv edilə bilər.
Yerli media nümayəndələri üçün akkreditasiya müraciətləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən qəbul ediləcək. Qeyd edək ki, media akkreditasiyasına qeydiyyatın tarixi yaxın zamanda açıqlanacaq.
Xatırladaq ki, paytaxt Bakı builki sürət yarışına sentyabrın 19-21-də ev sahibliyi edəcək.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı