FİA illik görüş keçirib
28 noyabr 2025 - 22:13 511
FİA Formula 1 hakimliyini müzakirə etmək üçün stüardlar komissiyasının sədrləri ilə illik görüş keçirib.
Olympic.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə sürücülük standartları, cərimə təyinatları və mövcud qaydaların şəffaflığı müzakirə edilib. Müzakirə zamanı pilotların tələblərinə cavab olaraq əsas mövzu ötmə və yolda təhlükəsizlik qaydaları barədə danışıqlar olub. İllik görüşdə sarı bayraq qaydalarının daha sərt tətbiqi, yarışdan sonrakı dinləmələrin məcburi olması, hər komissiyada təcrübəli sürücü köməkçisinin məcburi iştirakı, mavi bayraq prosedurlarının aydınlaşdırılması barədə geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, mövsümün qalan iki Qran-Prisi üçün köməkçilərin qaydalarında heç bir dəyişiklik olmayacaq.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı