Fiqurlu konkisürənimiz Bakuriani-2025-də çıxışını başa vurub
13 fevral 2025 943
Fiqurlu konkisürənimiz Leyli Axundova Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalında növbəti çıxışını edib.
Ötən gün qısa proqramda 33.84 xalla 28-ci olan Leyli Axundova bu gün sərbəst proqramda mübarizə aparıb.
Batumidə keçirilən yarışda təmsilçimizin sərbəst proqramdakı çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.
Beləliklə, idmançımız festivalı yekunda 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.
Yarışı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov və Azərbaycanın Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyib.
Yarışdan sonra idmançımızla görüşən rəsmi nümayəndələr ona gələcək turnirlərdə uğurlar arzulayıb və bildiriblər ki, bu festival onun karyerasında böyük addım olacaq.
Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar.
Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
