Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
11 fevral 2026 - 01:53 27424
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında Azərbaycanı təmsil edən Vladimir Litvintsev çıxışını başa vurub.
Azərbaycan təmsilçisi fevralın 10-da qısa proqramda mübarizə aparıb.
Çin Xalq Respublikası, ABŞ, Koreya Respublikası, Slovakiya və Latviya idmançılarının da yer aldığı üçüncü qrupda çıxış edən Vladimir Litvintsev hakimlərdən 63,63 bal alıb. Bu nəticə ilə o, 29 iştirakçı arasında sonuncu olub.
Yarışın qaydalarına əsasən, 29 idmançıdan ilk 24-lüyə düşən fiqurlu konkisürənlər fevralın 13-də keçiriləcək sərbəst proqramda çıxış etmək hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycan Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunur. Vladimir Litvintsevdən başqa, Anastasiya Papatoma da olimpiadada mübarizə aparacaq. O, fevralın 18-də İtaliyanın Kortina Ampetso şəhərində keçirilən dağ xizəyi üzrə yarışlarda çıxış edəcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı