Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarına lisenziya qazandı
30 mart 2025 755
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. İdmançımız bu uğura ABŞ-ın Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.
O, qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.
Yarışda çıxış edən Azərbaycanın digər təmsilçiləri Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlük Samanta Ritter və Daniel Brikalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı


