Xəbərlər

“FİVB II dərəcəli məşqçi seminarı” başa çatıb

02 iyul 2016 490

Bakının ev sabihliyi etdiyi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Voleybol Federasiyası, Milli Olimpiya Komitəsi(MOK) və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “FİVB II dərəcəli məşqçi seminarı” başa çatıb. Iyunun 20-dan başlayan seminara bu gün yekun vurulub.

Bağlanış mərasimində iştiirak edən rəsmi qonaqlar seminar haqqında fikirlərini bölüşüblər.

MOK-un LAyihələr Komissiyasının katibi Ceyhun Rəhmanov: “Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər üçün keçirilən seminardan hər kəsin razı qaldığına ümid edirəm. Hər zaman AVF-yə lazımi köməkliyi etməyə hazırıq”.

AVF-nin baş katibi Elşən İsmayılov: “Bütün iştirakçılara təşəkkürümü bildiriəm və gələcək işlərində uğurlar arzulayıram. Düşünürəm hər kəs bu seminardan razı qalıb və belə tədbirlər davamlı olacaq”.