Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllü qeydiyyatında rekord nəticə qeydə alınıb
13 aprel 2025 868
Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-in könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.
BHŞ-dən verilən məlumata görə, cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran-Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb.
Ötən il bu rəqəm 16,000 idi.
Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran-Prisinin təşkilində yaxından iştirak edib.
Bənzər xəbərlər
Mediamızın Olimpiya məşəli
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev "Olimpiya dünyası" qəzetinin ... Ətraflı
Azərbaycan Avropa Olimpiya Akademiyalarının rəhbərliyində təmsil olunacaq
15–18 noyabr 2026-cı il tarixlərində Maltada Avropa Olimpiya Akademiyalarının (European ... Ətraflı