Formula 1 Azərbaycan Qran-Prisi: Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı keçirilib
15 sentyabr 2025 - 16:10 529
Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 üçün təşkilati işlər sürətlə davam edir.
Milli Gimnastika Arenasında Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı keçirilib.
Tədbirdə media nümayəndələri və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər. Mərkəzdə yarış həftəsi ərzində fəaliyyət göstərəcək heyətin və könüllülərin hazırlıq prosesi, həmçinin onların geyimləri, eləcə də akkreditasiya sistemi ictimaiyyətə təqdim olunub.
Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq işlərinin mühüm mərhələsi hesab edilən mərkəz könüllülərin peşəkarlığının artırılması, həmçinin tədbirin təşkilati tərəflərinin yüksək səviyyədə icra olunmasına xidmət edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı