Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb
14 sentyabr 2024 975
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.
Yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"nin monakolu sürücüsü Şarl Lekler birinci olublar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı