Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
21 sentyabr 2025 - 15:00 629
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
Yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.
Ötən gün keçirilmiş sıralama mərhələsində ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bullz"dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı