Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb
02 yanvar 2025 782
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.
FIA-nın rəsmi saytında yer alan xəbərə görə, Azərbaycan Qran-prisinin də tarixi müəyyənləşib.
Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də keçiriləcək. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı