"Formula 1": Ferstappen ABŞ Qran-prisində sprintdə birinci olub
18 oktyabr 2025 - 22:37 599
"Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə ABŞ Qran-prisinin sprint yarışında qalib gəlib.
Yarış Texas ştatının Ostin şəhərində keçirilir.
Britaniyalı Corc Rassel ("Mercedes") ikinci yerdə qərarlaşıb. "Uilyams"dan Karlos Sayns üçüncü olub.
Ümumi hesabda müvafiq olaraq birinci və ikinci olan avstraliyalı Oskar Piastri və britaniyalı pilot Lando Norris (hər ikisi "McLaren") ilk dövrədə baş verən qəzaya görə sprint yarışını tərk etmək məcburiyyətində qalıblar.
Bazar günü sıralanma (Bakı vaxtı ilə 01:00) və əsas yarış (23:00) olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı