"Formula 1" Meksika Qran-prisi ilə müqavilə müddətini uzadıb
01 may 2025 745
"Formula 1" Meksika Qran-prisi ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.
Yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş direktor Stefano Domenikali açıqlayıb.
Qeyd edək ki, Meksika Qran-prisi 2015-ci ildə təqvimə qayıdıb. Bundan əvvəl, 1992-ci ilə qədər hazırkı trasda yarışlar keçirilirdi. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonuna qədər idi.
Qeyd edək ki, Meksika Qran-prisi bu il oktyabrın 24-dən 26-na qədər keçiriləcək. Bakıdakı mərhələ isə 19-21 sentyabrda təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı