Formula 1: “Oracle Red Bull Racing” yeni pilotunu elan edib
19 dekabr 2024 868
Formula 1 yarışının iştirakçısı “Oracle Red Bull Racing” komandası yolları ayırdığı meksikalı pilot Serxio Peresin yerinə yeni zelandiyalı Liam Louson ilə razılaşdığını açıqlayıb.
Bu barədə "Oracle Red Bull Racing"in X sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Liam Louson bununla bağlı açıqlamasında bildirib: "Oracle Red Bull Racing"in pilotu elan olunmaq mənim üçün ömür boyu davam edəcək bir xəyaldır".
Beləliklə, Liam Louson 2025-ci ildəki yarışda "Oracle Red Bull Racing"in heyətində dördqat dünya çempionu Maks Ferstappen ilə birlikdə mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı