Formula 1 pilotu: Bakı treki heyrətamizdir
14 sentyabr 2024 844
"Bakı treki heyrətamizdir. Yarışın açılış mərasimi möhtəşəm keçdi".
Bu sözləri "Haas" komandasının pilotu Oliver Berman Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Ötən gün təşkil olunmuş birinci və ikinci sərbəst yürüşlərdəki çıxışını dəyərləndirən 19 yaşlı sürücü Bakı yarışını karyerasının ən yaxşı mərhələsi adlandırıb: “Dünən keçirilən birinci sərbəst yürüşdə özümə inamımı artırdım. Bu, yaxşı hiss etməyimə səbəb oldu. İkinci yürüşdə də heç tələsmədim. Hər şey istədiyim kimi alındı. Günüm əla keçdi. Hər şeydən məmnun qaldığımı deməliyəm. Mən bolidimə də arxayın idim. Çünki avtomobillərlə bağlı bütün nasazlıqları aradan qaldırmışdıq. Belə çətin trekdə bolidin sağlam olması həqiqətən vacibdir".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı