Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
06 sentyabr 2024 1290
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.
Yarışın əsas hazırlıq mərhələlərindən biri olan Uniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 19 avqustdan etibarən fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər.
Xatırladaq ki, bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxın könüllü yarışın təşkilinə cəlb olunub.
Qeyd edək ki, bu il Bakının 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabrda baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



