"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sessiyalarının başlama saatları bəlli olub
04 fevral 2025 882
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" üzrə dünya çempionatının bu ilin təqviminə daxil olan Qran-Prilərin sessiyalarının başlama saatlarını açıqlayıb.
Təqvimdə 17-ci olan Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-nə qədər baş tutacaq və cümə günü iki məşq sessiyasından, şənbə günü məşq sessiyası və sıralanma turunda, nəhayət, bazar günü əsas yarışdan ibarət olacaq.
FIA-nın dərs etdiyi cədvələ əsasən, cümə günü ilk sessiya Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Nahardan sonra, yəni saat 16:00-da isə ikinci məşqlər baş tutacaq. Şənbə günü də sessiyalar eyni zamanda başlayacaq - nahardan əvvəl son məşqlər (12:30), nahardan sonra isə sıralanma turu (16:00) keçiriləcək.
Həftəsonunun bütün avtoidman həvəskarları tərəfindən səbirsizliklə gözlənilən son sessiyası isə bazar günü saat 15:00-da start alacaq.
| Sessiya | Saat (Bakı vaxtı ilə) |
| 1-ci məşqlər | 12:30 - 13:30 |
| 2-ci məşqlər | 16:00 - 17:00 |
| 3-cü məşqlər | 12:30 - 13:30 |
| Sıralanma turu | 16:00 - 17:00 |
| Yarış | 15:00 - 17:00 |
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı