Fransa və ABŞ Qış Olimpiadasına əsas namizəddir
29 may 2024 676
Fransada 2024-cü il Yay Olimpiya Oyunlarının başlaması ərəfəsində Beynəlxalq Olimpiya Komitəsinin keçiriləcək iclasında 2030 və 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanacaq. Müvafiq olaraq həmin oyunlara Fransa və ABŞ əsas namizəd kimi qalmaqdadır. Bu barədə “TSN Sports”un insayderi Qord Miller məlumat yayıb. Qeyd edilir ki, Fransa 2030-cu ildə keçiriləcək Oyunlarda hokkey və konkisürmə yarışlarını Nitsa şəhərinə həvalə edib. Həmin müddətə qədər hazırki arenalar müasir standartlara uyğun tikiləcək. Kurşevel və Meribel bölgələrində isə dağ xizək yarışları təşkil olunacaq.
ABŞ isə 2034-cü il Qış Olimpiya Oyunları zamanı Solt Leyk Siti-2002 Olimpiadasından qalan bir çox obyektlərdən istifadə edəcək. Bundan başqa həmin şəhərdə NHL komandası üçün yeni arena tikiləcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı