Gənc cüdoçularımız İstanbuldakı Avropa Kubokuna 3 medalla başladılar
03 may 2025 471
Bu gün Türkiyənin İstanbul şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən ilk yarış günündə Azərbaycan idmançıları üç medal qazanıblar. Komandamızın heyətində Nizami İmranov (-66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığmamızın digər üzvlərindən isə Nihad Məmişov (-60 kq) və Fərid Qarayev (-60 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunur.
Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı