Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
10 noyabr 2025 - 20:59 456
9-11 noyabr tarixlərində Gəncə İdman Sarayında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatı uğurla davam edir. Gəncə İdman Sarayında baş tutan yarışda Avropanın müxtəlif ölkələrindən gəlmiş ən istedadlı gimnastlar birincilik uğrunda mübarizə aparırlar.
Çempionatın ikinci günündə 15 yaşadək idmançılar arasında üçlük, fərdi və qarışıq cütlük kateqoriyalarında, eləcə də gənclər arasında fərdi, qrup və aerodans proqramları üzrə təsnifat mərhələləri keçirilib. Gənc gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını, sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.
İkinci günün sonunda keçirilən komanda hesabında mükafatlandırma mərasimində gənclər yaş kateqoriyasında 1-ci yeri İspaniya, 2-ci yeri İtaliya, 3-cü yeri isə Rumıniya komandası tutub. 15 yaşadək idmançılar arasında isə 1-ci yeri Macarıstan, 2-ci yeri Ukrayna, 3-cü yeri Litva komandası qazanıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələləri və qaliblərin mükafatlandırma mərasimi 11 noyabr tarixində keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı