Gəncədə üzgüçülük üzrə "Ganja Cup 2025" turniri başa çatıb
14 sentyabr 2025 - 23:54 649
Gəncə şəhərində iki gün davam edən, MDB Oyunlarına hazırlıq çərçivəsində təşkil edilən üzgüçülük üzrə "Ganja Cup 2025" turniri başa çatıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı müxtəlif üslublar və məsafələr üzrə mübarizə aparıblar.
Qeyd edək ki, turnir MDB Oyunlarına hazırlıq üçün mühüm sınaq olmaqla yanaşı, üzgüçülüyün inkişafına, xüsusən də bölgələrdə bu idman növünə marağın artmasına töhfə verib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı