Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə
16 dekabr 2021 1979
Səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən, Şəki, İsmayıllı, Şamaxı Olimpiya İdman Komplekslərinin, Qobustan idman kompleksinin fəaliyyətləri ilə tanış olub. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Balakən və Qobustan Gənclər Evlərinin fəaliyyəti ilə maraqlanan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılıq uğurları barədə məlumat verilib. Həmin mərkəzlərin problemləri ilə maraqlanan nazir, burada gənclərə xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, müvafiq tövsiyələr verib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı




.jpeg)


.jpeg)

.jpeg)

