Gənclər və İdman Nazirliyində Avropa Su İdmanı Federasiyasının prezidenti ilə görüş keçirilib
22 sentyabr 2025 - 16:51 336
Sentyabrın 22-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir bu gün Avropa Su İdmanı Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan İdman Akademiyası arasında imzalanan memorandumun bu idman növünün inkişafına dəstək olacağına əminliyini ifadə edib. Görüşdə Avropa Su İdmanı Federasiyası ilə əməkdaşlıq perspektivləri, üzgüçülük idmanının inkişafı və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və federasiyanın baş katibi Oqtay Atayev iştirak ediblər.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı