Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Şelkunçik” adlı əyləncəli Yeni il şousu keçirilib
16 yanvar 2025 796
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Şelkunçik” adlı əyləncəli Yeni il şousu keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbir Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etmiş Sevda Mahmudova və Gülxanım Bayramovanın fortepianodakı ifaları ilə başlayıb.
Daha sonra Vətən uğurunda canından keçən şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səhnəyə çıxan gimnastlar maraqlı çıxışlar nümayiş etdiriblər. Qeyd edək ki, tədbirdə təyyarə qəzasında həlak olduqdan sonra “Milli Qəhrəman” adına layiq görülmüş pilot İqor Kşnyakinin ailə üzvləri də iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı