Gimnastlarımız beynəlxalq turnirdə üç qızıl medal qazandılar
16 avqust 2024 1188
Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində üç qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamızın üzvləri iki nominasiyada isə qalib olublar.
Gənclər arasında Fidan Qurbanlı çoxnövçülükdə (gürzlər və lent) qızıl mükafat əldə edib. O, "Miss Grace" nominasiyası üzrə də birinci yerə layiq görülüb.
Yeniyetmələrdən isə Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. N.Sadıqova "Miss Grace" nominasiyasında da fərqlənənlər arasında yer alıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı