Gimnastlarımız IV Avropa Oyunlarına iştirak hüququ əldə ediblər
16 sentyabr 2026 - 13:10 22
16–27 iyun 2027-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına hazırlıq və lisenziya mübarizəsi davam edir. Gimnastika növləri üzrə təsnifat mərhələsinə aprelin 8-dən start verilib və gimnastlarımız artıq bir neçə növ üzrə Avropa Oyunlarında iştirak hüququ əldə ediblər.
8–12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda uğurlu çıxış edərək Avropa Oyunlarına lisenziya qazanıblar.
11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında isə qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa Oyunlarında iştirak hüququ əldə ediblər.
Lakin Avropa Oyunlarına gedən yolda lisenziya mübarizəsi bununla yekunlaşmır. Qarşıda gimnastlarımız üçün yeni təsnifat imkanları yaradan bir sıra mühüm yarışlar var.
2026-cı ilin akrobatika gimnastikası və tamblinq üzrə Dünya çempionatları, eləcə də 2027-ci ilin idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.
Gimnastlarımıza qarşıdakı təsnifat yarışlarında və digər mötəbər turnirlərdə uğurlar arzulayırıq!
Bənzər xəbərlər
ASTF-in prezidenti seçilib
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan ... Ətraflı
Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və ... Ətraflı



