Gimnastlarımızdan uğurlu nəticə
20 may 2024 1359
Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərində akrobatika növündə keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız turnirdə qızıl və gümüş medal qazanıb.
Daniel Abbasov və Murad Rəfiyev kişi cütlərin yarışında çempionluq sevinci yaşayıb. Ağasif Rəhimovla Raziyə Seyidli isə qarışıq cütlərin mübarizəsində ikinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı