Gimnaziada: Azərbaycan basketbol yığmalarının oyunları hava şəraitinə görə təxirə salınıb
07 aprel 2025 934
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol üzrə bugünkü oyunlar təxirə salınıb.
Buna əlverişsiz hava şəraiti səbəb olub. Bu qərar Azərbaycanın qız və oğlan basketbolçulardan ibarət yığmalarının matçlarına da təsir edib.
Bakı vaxtı ilə 13:00-da başlaması nəzərdə tutulan qarşılaşmalar 3 saat gec start götürəcək.
Qeyd edək ki, oğlanlardan ibarət milli komanda Serbiya və Meksika ilə, qızların yığması isə Rumıniya və Serbiya ilə qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı