Gimnaziada: Azərbaycan millisinin 10 boksçusu döyüşünü qələbə ilə başa vurub
10 aprel 2025 439
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsinə start verilib.
Zlatibor şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 10 idmançısı döyüşünü qələbə ilə başa vurub.
Yığmanın heyətində Babək Abdullayev (40 kiloqram) Zaxari Kovala (Ukrayna), Azad Məmmədli (44 kiloqram) İvan Burlakaya (Ukrayna), İsmayıl Aslanlı (50 kiloqram) Orest Petrovskiyə (Ukrayna), Yusif Əli (52 kiloqram) Aleksandros Konstantinouya (Kipr) və Kəmalə Həsənova (54 kiloqram) Ana Santos Velosoya (Braziliya) qalib gələrək, yarımfinala vəsiqə qazanıblar. Onlar qələbə sayəsində özləri üçün azı bürünc medalı da təmin ediblər.
Aysan Miriyeva (46 kiloqram) yarımfinalda Santos Silvanı (Braziliya), Leyla Mahmudlu (51 kiloqram) Esmanur Kahramanı (Türkiyə), Nurlan Müseyibli (66 kiloqram) Qleb Zlenkonı (Ukrayna), Zirəddin Rüstəmli (70 kiloqram) Draqan Todoroviçi (Serbiya) və Mehran Rəsulov (75 kiloqram) Rijon Rumba Limanı (Nepal) məğlub edərək, həlledici raundda vəsiqə qazanıb.
Nəriman Əli (54 kiloqram) isə yarımfinalda məğlub olaraq, Gimnaziadanı bürünc medalla başa vurub. Qeyd edək ki, boksçuların mübarizəsinə aprelin 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı