Gimnaziada: Azərbaycan taekvondo millisi ilk gündə 6 medal qazanıb
08 aprel 2025 457
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarının ilk günü başa çatıb.
Pojeqa şəhərində təşkil edilən yarışlar Azərbaycan təmsilçiləri üçün uğurlu olub.
Qızlarda Rüqəyya Əliyeva (33 kiloqram) finalda braziliyalı Maria Heloisa de Almeydaya qalib gələrək qızıl medal qazanıb. Mədinə Aslanlı (29 kiloqram) həlledici raundda tailandlı Anya Xansukiyə (Tailand) məğlub olaraq gümüş medal əldə edib. 44 kiloqramda çıxış edən Mehriban İsmayıllı yarımfinalda taypeyli Vui-Ni Çanqa, Gülnaz Abdullayeva (59 kiloqram) isə çinli Du Ruisiyə uduzaraq bürünc medalla kifayətləniblər.
Oğlanlarda Əbil Mehrəli (45 kiloqram) finalda iranlı Martia Şəmsizadəyə, Saleh Heydərov (53 kiloqram) isə yarımfinalda braziliyalı idmançıya məğlub olub. Təmsilçilərimiz müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxıblar.
Oğlanlarda Sabir Məmmədli (33 kiloqram), Nicat Nadirov (41 kiloqram), qızlarda isə Aysu Aslanlı (41 kiloqram) və Həqiqət Ələsgərli (51 kiloqram) mübarizəni 1/4 finalda dayandırıblar.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da daha 10 taekvondoçu ilə mübarizə aparacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı