Gimnaziada: Azərbaycanın 10 yunan-Roma güləşçisindən 9-u medal qazanıb
08 aprel 2025 951
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
Luçani şəhərində təşkil edilən yarışlarda Azərbaycanın 10 təmsilçisi mübarizə aparıb. Onlardan 9-u fəxri kürsüyə qalxıb.
Hüseyn Əmrahlı (38 kiloqram), İsfahan Həsənov (75 kiloqram), Zöhrab Səfərov (85 kiloqram) qızıl, Əli Cavadlı (41 kiloqram), Amin Məmmədov (44 kiloqram) gümüş, Qurban Məcnunov (52 kiloqram), Abdurahman Hüseynli (48 kiloqram), Eldəniz Allahverdiyev (57 kiloqram) və Əli Məmmədov (68 kiloqram) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, ötən gün sərbəst güləş yarışında Azərbaycan komandası 10 medal (2 qızıl, 3 gümüş və 5 bürünc) qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı