Gimnaziada: Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası gümüş medal qazanıb
26 oktyabr 2024 852
Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında gümüş medal qazanıb.
Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət kollektiv 18 min 300 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl fərdi proqramda çıxış edən M.Topçubaşova bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı