Gimnaziada: Cüdoçularımız yarışa 4 medalla başlayıb
11 aprel 2025 581
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdoçuların mübarizəsinə start verilib.
Luçani şəhərində təşkil edilən yarışların ilk günündə Azərbaycanın 4 idmançısı fəxri kürsüyə yüksəlib.
44 kq-da Yağmur Abdullayeva finalda monqolustanlı Buyanbleq Batxudu üstələyərək qızıl medal qazanıb.
Bürünc medal uğrunda görüşlərdə Fatimeyizəhraxanım Məmmədzadə (36 kq) Kişiqmaa Dorinanyidə (Monqolustan), Nərgiz Məmmədova (40 kq) Alessiya Şerdana (Braziliya), Məhəmmədəli Mehdi isə (73 kq) Boqdan Vuçkoviçə (Serbiya) qalib gəliblər.
Qeyd edək ki, cüdo yarışlarına aprelin 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı