Xəbərlər

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

18 dekabr 2023 446

Dekabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Üç gün davam edəcək yarış Bakı İdman Sarayında keçiriləcək. Turnirin açılış mərasimi sabah saat 16:00-da başlayacaq. Görüşlərə hər gün saat 10:00-da start veriləcək.

İlk gündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kiloqramda qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125 kiloqram, yunan-Roma güləşi üzrə 55, 60 və 63 kiloqramda mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramda ən güclü idmançıların adlarına aydınlıq gələcək.